"Bayern Münhen"in və Almaniya millisinin qapıçısı Manuel Noyer tezliklə 2023-cü ildə ilk matçına çıxmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
37 yaşlı oyunçu ötən ilin noyabrında Münhen nəhənginin heyətimdə son oyununu keçirib. Qapıçı Almaniyanın Qətərdə keçirilən dünya çempionatından kənarlaşdırılmasından sonra tətildə olarkən xizək sürərkən ayağını sındırıb.
Almaniya nəşrinin məlumatına görə, "Bayern"in kapitanı oktyabrın 21-də "Maynts"la keçiriləcək oyunda meydana çıxmaq istəyir. Məşqçilər korpusu klub həkiminin son göstərişinə əsasən Noyeri "çərçivə"yə qoyacaq.
"Bayern"in "Maynts"la matça qədər hələ bir oyunu var - "Frayburq"la (8 oktyabr).
Mirağa