"Real Madrid" sol cinah müdafiəçisi mövqeyini "Bayern Münhen"in və Kanada millisinin 22 yaşlı futbolçusu Alfonso Deyvis ilə doldurmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, imformasiyanı "Football-Espana" yayıb.
Mənbənin məlumatına görə, "Los Blankos" bir müddətdir izlədiyi futbolçunu 2024-cü ilin yayında heyətinə qatacaq.
"Bayern"in da Deyvisi heyətində saxlamaq istədiyi bildirilir. Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq.
Daha əvvəl Devislə Britaniyanın "Çelsi"si və "Mançester Siti"nin də maraqlandığı barədə məlumat yayılmışdı.
Deyvis bu mövsüm bütün yarışlarda on oyun keçirib və üç məhsuldar ötürmə edib.
Mirağa