İtaliyanın "Roma" klubunun rəhbərliyi baş məşqçisi Joze Mourinyu ilə vidalaşa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Xəbərə görə, portuqaliyalı çalışdırıcının taleyi A Seriyasının VIII turu çərçivəsində bu gün keçiriləcək matçdan - “Kalyari” ilə oyundan asılıdır. Mənbə "canavarlar"ın sahibi Den Fridkin VI turda “Cenoa”dan alınan 1:4 hesablı məğlubiyyətdən sonra Mourinyonu qovmaq istədiyini, lakin idman direktoru Tiaqu Pintu funksioneri fikrindən daşındırdığını vurğulayıb.
63 yaşlı mütəxəssisə 1 oyunluq vaxt verildiyi, növbəti yenilıginin bağışlanmayacağı bildirilib.
Qeyd edək ki, 7 tura 8 xal toplayan "Roma"13-cü pillədə qərarlaşıb. 2021-ci ildən paytaxt təmsilçisini çalışdıran Mourinyonun müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.