Bolqarıstan çempionatında 13-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasının geyindiyi “Arda” da növbəti matçına çıxıb.
Hüseynovun komandası səfərdə Sofiya “Slaviya”sı ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Meydana start "11-likdə çıxan Cəlal sonadək oynayıb.
Hazırda 22 xalı olan “Arda” turnir cədvəlində 5-ci pillədə mövqe tutub.