İsveç çempionatında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken” də növbəti oyununa çıxıb.
Höteborq səfərdə “Hammarbü” ilə üz-üzə gəlib. Tərəflər məhsuldar heç-heçəyə razılaşıb – 2:2.
Bu bərabərlikdən sonra xal hesabını 51-ə çatdıran “Hekken” hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Təmsilçimizin İsveç komandası ilə ikinci oyunu dekabrın 14-də Bakıda baş tutacaq.