Rusiyanın 14 yaşadək futbolçulardan ibarət yığma komandası UEFA İnkişaf turnirinin qalibi olub.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, ruslar son oyunda Belarusa 5:0 hesabı ilə qalib gəliblər.
Rusiya yığması bundan əvvəl Tacikistan (4:0) və Qırğızıstanı (10:1) məğlub edib. Turnir Belarusda baş tutub.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsi Rusiyanın yeniyetmələrdən ibarət komanda və klublarının beynəlxalq turnirlərdə iştirakına icazə verib.
Mirağa