"Barselona" qışda Lionel Messini heyətinə qatmaq barədə düşünmür.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi maliyyə feyr-pleyini pozmamaq üçün argentinalı superulduzu geri qaytarmağı planlaşdırmır. Mənbə Lionelin özünün də İspaniya nəhənginə qayıtmağa can atmadığını diqqətə çatdırıb.
Daha öncə Messinin qısamüddətli icarə əsasında Səudiyyə Ərəbistanı klublarının birininə keçməyə yaxın olduğu barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Leonun komandası - "İnter Mayami" MLS-in pley-offuna çıxmaq şansını itirdiyi üçün o, fevralın sonuna - yeni mövsüm başlayana qədər istirahət edəcək.
Nihat