PSJ-nin müdafiəçisi Flanker Nordi Mukielenin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı yaranıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı fransalı futbolçu ilə "Mançester Yunayted" maraqlanır. Mankunianlar müdafiəni gücləndirmək baxımından Mukieleni əsas namizəd hesab edirlər. Müqavilə üzrə danışıqlar yanvarın transfer pəncərəsində tamamlana bilər.
Nordi ötən yaydan Paris nəhənglərində çıxış edir. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. Onun transfer qiyməti 18 milyon avrodur.
Qeyd edək ki, fransalı futbolçu ötən yay "qırmızı şeytanlar"a keçə bilərdi. Ancaq Nordi PSJ-nin təklifini müsbət cavablandırmışdı. O, ötən mövsümün xeyli hissəsini zədə səbəbindən boşa verib.
Mirağa