İngiltərənin “Oxford City Stars” və “Streatham Redhawks” komandaları arasında keçirilən xokkey matçında çexiyalı veteran qapıçı Petr Çex ən yaxşı oyunçu olub.
Fanat.Az "Sportmail"ə istinadən xəbər verir ki, 41 yaşlı qolkiper komandasının görüşdə 64 zərbədən 62-ni dəf edərək klubuna bu mövsüm ilk qələbəsini (3:2) qazandırıb.
"Oksford Siti" üçüncü ən güclü İngiltərə xokkey liqasında oynayır.
Petr Çex 2019-cu ildə karyerasını bitirib. Bundan sonra o, bir müddət "Çelsi"də inzibati işlərdə çalışıb. Daha sonra xokkey karyerasına başlayan tanınmış qapıçı bu ilin iyununda "Oksford Siti" ilə bir illik müqavilə imzalayıb.
Çex İngiltərə Premyer Liqasında "quru seriya" rekorduna sahibdir. O, Premyer Liqada 443 matç keçirib ki, bunun da 207-də qapını toxunulmaz saxlayır.
Mirağa