London "Arsenal"ının və Braziliya millisinin hücumçusu Qabriel Jezus "Real Madrid"in vingeri, yığmadakı komanda yoldaşı Vinisius Juniordan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Vini "Real" və milli üçün nə qədər vacib oyunçu olduğunu göstərir. Onun inkişafından çox razıyam. Vini hələ körpədir. Fikrimcə, mən onu belə adlandıra bilərəm, düz deyil? Axı mən özüm də hələ uşağam".
Xatırladaq ki, Braziliya seçməsi bu ay DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. "Pentakampionlar" oktyabrın 13-də Venesuellanı qəbul edəcəksə, 5 gün sonra səfərdə Uruqvayla üz-üzə gələcək.
Nihat