Səudiyyə Ərəbistanı daha bir Avropa klubunu almağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Telegraph" yayıb.
İngiltərə nəşrinin yazdığına görə, ərəb investorlar Fransa və İspaniyada variantları araşdırırlar.
Hazırda "Nyukasl"ın sahibi olan fondun indi daha iki variantı var - "Valensiya" və "Olimpik Marsel".
Səudiyyəlilər üçün vacib amil alacaqları klubun məşhur və böyük irsə sahib olmasıdır. Fransa klubu ilə razılıq əldə olunsa, onun sükanı arxasına əfsanəvi futbolçu və baş məşqçi Zinəddin Zidan gətiriləcək.
Qeyd edək ki, Zİnəddin Zidan hazırda işsizdir. Onun son komandası üç dəfə Çempionlar Liqasında qələbə qazandığı "Real Madrid" olub. 51 yaşlı fransalı mütəxəssis İspaniya nəhəngindən 2021-ci ildə ayrılıb. Onun adı Devid Bekhemin həmsahibi olduğu və Lionel Messinin oynadığı “İnter Mayami” ilə də hallanır.
Mirağa