PSJ-nin sabiq çalışdırıcısı Kristof Qaltye Qətərin "Əl-Duhail" klubu ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, Doha klubu tezliklə bu keçidi rəsmən elan edəcək.
Ötən mövsüm fransız mütəxəssis üçün o qədər də uğurlu alınmayıb. PSJ Çempionlar Liqasından erkən - 1/8 final mərhələsində kənarlaşdırılıb. Baxmayaraq ki, o, sonda parislilərlə Fransa çempionu olub. Mövsümün sonunda irqçilik qalmaqalına görə iyulda onunla müqavilə ləğv edilib.
Xatırladaq ki, Felipe Koutinyo hazırda “Əl-Duhail”də çıxış edir.
Mirağa