"Liverpul" diqqətini Braziliyanın transfer bazarına yönəldib.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, mersisayd klubu "Fluminense"nin yarımmüdafiəçisi Andre ilə ciddi maraqlanır.
Mənbənin məlumatına görə, İngiltərə nəhənginin rəhbərliyi futbolçunu qış transfer pəncərəsində almağı planlaşdırır. “Liverpul” yanvarda Braziliya tərəfinə konkret təklif yollayacaq.
"Transfermarkt" Andrenin dəyərini 15 milyon avro qiymətləndirir. Onun "Fluminense" ilə hazırki müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.
Yarımmüdadafiəçi bu mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 1 qol vurub.
Mirağa