İspaniyalı mütəxəssis Xulen Lopeteqi Rudi Qarsiyanın istefaya göndəriləcəyi təqdirdə "Napoli"nin baş məşqçisi vəzifəsinə keçməyə hazır olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Məşqçi özü xidmətlərini Neapol klubunun rəhbərliyinə təklif edib. Bununla belə, “Napoli”nin prezidenti Aurelio de Laurentisin əsas namizədi Antonio Kontedir.
Lopeteqinin son iş yeri "Vulverhempton" olub.
İtaliya A Seriyasının 8 turundan sonra "Napoli" 14 xal toplayıb və turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
Mirağa