"Atletiko Madrid"in hücumçusu Alvaro Morata yayda paytaxt təmsilçisini tərk etməyə yaxın olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu "Marca"ya açıqlamasında belə deyib:
"Səudiyyə Ərəbistanından təkliflərim var idi. Ora getsəydim, məni sevməyən adamları qıcıqlandırmaq üçün həmişə bunu arzuladığımı deyərdim. Açığı, "Atletiko"dan ayrılmaq üzrəydim. Ancaq Dieqo Simeone ilə danışandan sonra komandanı tərk etmək mümkün olmadı. "Atletiko" ilə titul qazanmaq istəyirəm.
Bu yay iki dəfə klubumla müqavilə yeniləmişəm: öncə anlaşmanın müddətini 2026-cı ilin yayına qədər, ardından isə daha bir mövsümlük uzatdıq".
Nihat