Qətər şeyxi Cassim bin Hamad Al Tani "Mançester Yunaytedi almaq cəhdini dayandırmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, ərəb iş adamı Qleyzer ailəsinin onun son - 6,5 milyardlıq təklifini rədd etməsindən son belə addım atıb.
İngiltərəli insayder Ben Ceykobsun məlumatına görə, klubu almağa yeni namizəd ortaya çıxıb. Britaniyalı milyarder Cim Ratkliff “qırmızı şeytanlar”ın səhmlərinə 1 milyard daha çox - 7,5 milyard təklif edib.
Doğrudur, britaniyalı milyarder hazırda 25 faiz payla “Mançester Yunayted”in minoritar səhmdarı olmaq istəyir. Lakin Ratkliffin planı 2026-cı ilə qədər tədricən klubun tam sahibinə çevrilməkdir. Bu səbəbdən onun uzunmüddətli perspektiv üçün təklifi Qleyzerlər ailəsinə maliyyə baxımından daha cəlbedici görünür.
Mirağa