"Mançester Yunayted"in məşqçilər korpusunun üzvü Miçel van der Qaaq İngiltərə nəhəngini tərk edərək Niderland çempionatına yollana bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, "Ayaks" onun xidmətində maraqlıdır. Amsterdamlılar van der Qaaqı əsas komandanın baş məşqçisi vəzifəsinə dəvət etmək istəyir.
Van der Qaaq 2019-2021-ci illərdə "Ayaks"ın gənclər komandasında çalışıb. Bundan sonra o, Erik ten Haqın “Mançester Yunayted”dəki məşqçilər korpusuna keçib. Mütəxəssisin mankunianlılarla müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.
"Ayaks" Niderland çempionatının yeni mövsümünə pis başlayıb. Komanda altı turda beş xal toplayıb və turnir cədvəlində cəmi 16-cı yeri tutur.
Mirağa