İspaniya millisinin baş məşqçisi Stole Stolbakken AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İspaniyaya qarşı keçirdikləri ev oyununda (0:1) qonaqların qolu oyundankənar vəziyyətdən vurduqlarını deyib.
Fanat.Az xəbər verir ki, VG Stolbakkenin söylədiklərini belə çatdırıb:
"İspaniya qolu aşkar ofsayddan vurdu. Zərbə zamanı Qavi topdan qaçarkən yarım metr oyundankənar vəziyyətdə idi".
Qeyd edək ki, Norveç - İspaniya matçını almaniyalı referi Tobias Ştiler idarə edib. İspaniya minimal hesablı qələbə sayəsində AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanıb.
Nihat