Niderlandlı mütəxəssis Patrik van Luven artıq "Şaxtyor"un baş məşqçisi deyil.
Fanat.Az xəbər verir ki, Donetsk klubu baş məşqçini istefaya göndərdiyini rəsmən açıqlayıb.
Onunla birlikdə bütün məşqçilər korpusu klubu tərk edib. Baş məşqçi vəzifəsini klubun idman direktoru Darijo Srna yerinə yetirəcək.
Van Liven “Şaxtyor”u bu ilin iyul ayında çalışdırırdı və bu müddət ərzində komandanı cəmi 12 oyuna çıxarıb. Beləliklə, Patrik van Luven Donetsk klubunun tarixinə düşüb. O, 105 gün "Şaxtyor"un "sükanı arxası"nda çalışaraq, Ukraynanın müstəqilliyindən sonra ən qısa müddət ərzində komandaya rəhbərlik edən məşqçi olub. Əvvəlki antirekord "mədənçilər"ə 182 gün rəhbərlik edən Anatoli Bışovetsə məxsus idi.
Qeyd edək ki, "Şaxtyor" hazırda Ukrayna Premyer Liqasında üçüncü pillədədir. Çempionlar Liqasında isə komanda H qrupunda 3 xalla üçüncü yerdədir.
Mirağa