"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Sandro Tonali və Nikolo Facolinin idman mərc oyunlarına olan həvəsini şərh edib.
Fanat.Az xəbər verir ki, AS nəşri italiyalı mütəxəssisin həmyerliləri haqda dediklərini belə çatdırıb:
“Onlar ciddi səhv etdilər. Bu uşaqlar hazırda yaxşı durumda deyillər, onlara kömək lazımdır. Qumar bir xəstəlikdir. Onlar mərc oynamağın qadağan olunduğu aydın və sadə qaydanı unudublar. Hər şey bu qədər sadədir. İşinə sadiq olan hər kəs bu qaydanı mükəmməl başa düşür”.
İspaniya çempionatının 9 turundan sonra "Real" 24 xalla turnir cədvəlinə başçılıq edir. Ançelottinin komandası növbəti matçını həftəsonu səfərdə "Sevilya"ya qarşı keçirəcək.
Mirağa