Son çempion “Qalatasaray” və kubokun qalibi “Fənərbağça” arasında Türkiyə Superkuboku uğrunda oyunun Səudiyyə Ərəbistanında keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı açıqlama yayıb.
Derbi Ər-Riyadda, KSU Stadionunda oynanılacaq. Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun ev oyunlarını keçirdiyi stadion 25 min azarkeş üçün nəzərdə tutulub. 2021-ci ildə burada dünya futbolunun əfsanəsi Dieqo Maradonaya həsr olunmuş "Boka Xuniors" və "Barselona" arasında yoldaşlıq xarakterli "Maradona Kuboku" keçirilib.
Əvvəllər Türkiyə Superkubokunun oyunları Almaniyada üç dəfə (2006, 2007, 2008), həmçinin bir dəfə Qətərdə (2021) keçirilib. İndiyədək bu qarşılaşmalarda “Qalatasaray” 16 qələbə, 9 məğlubiyyət, “Fənərbağça” isə 9 qələbə və eyni sayda məğlubiyyətə imza atıb.
İstanbul klubları arasında bu kubok uğrunda görüş dekabrın 30-da baş tutacaq.
Mirağa