"Napoli"nin hücumçusu Viktor Osimhenin İngiltərə nəhəngi ilə şifahi razılığa gəldiyi bildirilib.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Valter de Maco deyib.
O, "Liverpul"un nigeriyalı forvardının "Liverpul"a "hə" dediyini vurğulayıb: "Napoli" və Osimhen yeni anlaşma ilə bağlı razılığa gəlmişdilər. Amma sonra Kalenda (oyunçunun agenti - red.) və Viktor sözlərini tutmadılar. Nə olsdu? İngiltərədən daha bir klub mübarizəyə qoşuldu. "Liverpul" barədə danışıram. İngiltərə klubu və Osimhen artıq şifahi razılığa gəliblər. Daha dəqiq desəm, Osimhen "Liverpul"la müqavilə bağlayacaq. Ümid edirəm ki, Arelio De Laurentis Viktoru heç olmasa, iyuna qədər saxlaya biləcək. Ancaq buna əmin ola bilmərik".
24 yaşlı Osimhenin "Napoli" ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.