Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi Stiven Cerard İngiltərə Premyer Liqasında çıxış edən hücumçunu komandasında görmək istəyir.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu, "Everton"un forvardı Dominik Kalvert-Lüindir.
Xəbərə görə, hazırda maliyyə çətinliyi olan "Everton" forvardını satmağın əleyhinə deyil.
Dominik 2016-cı ildən Liverpul təmsilçisinin uğurları üçün çalışır. İndiyədək "Everton" forması ilə 216 matça çıxan ön xətt oyunçusu bu qarşılaşmalarda 63 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı Kalvert-Lüinin transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat