İtaliya "Napoli"sinin nigeriyalı hücumçusu Viktor Osimhen azarkeşlərlə problem yaşayıb.
Fanat.Az xəbər verir ki, futbolçu ondan avtoqraf almaq istəyən tərəfdarlarla mübahisə edib.
Hadisə ilə bağlı "Sports Center" video yayıb. Azarkeşlərin maşınına çox yaxınlaşması 24 yaşlı futbolçunun xoşuna gəlməyib. O, pərəstişkarlarına qışqıraraq onlara yoldan çəkilmələrini söyləyib.
Victor Osimhen reacts angrily to a group of Napoli fans, who ask him for autographs and get in the way of his car. 🇳🇬😡pic.twitter.com/aZXDYrtjWy
— Football Tweet ⚽ (@Football__Tweet) October 24, 2023
Son zamanlar Viktor Osimhen qeyri-adi davranışları ilə diqqət çəkir. O, bir müddət əvvəl əvəzlənərkən Rudi Qarsiyanın əlini sıxmayıb. Nigeriyalı daha sonra "TikTok"da təhqiredici videoya görə "Napoli" ilə əlaqəli bütün şəkilləri silib. Bu yaxında isə klubun prezidenti Aurelio De Laurentiis Viktorun artıq razılaşdırılmış müqaviləni imzalamaq barədə fikrini dəyişdiyini söyləyib.
Mirağa