İtaliyanın "Napoli" klubunun direktoru Meluso yüksək səviyyəli futbolçuların qışda klubu tərk edə bilməyəcəyini deyib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin açıqlamasını paylaşıb.
Meluso xüsusilə Viktor Osimhenin yanvarda "Napoli"dən ayrılmayacağını bildirib: "Onun qışda getmək şans yoxdur. Heyətimiz çox keyfiyyətlidir və özümüzü rahat hiss edirik. Əksinə, heyəti daha gücləndirə bilərik. Lakin bu mövzudan sonra danışacağıq".
Qeyd edək ki, Osimhen bu mövsüm “Napoli”nin heyətində 10 oyun keçirib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. 24 yaşlı forvardla "Liverpul" , "Çelsi", "Real Madrid" və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Mirağa