"Barselona" yaxın vaxtda gənc ulduzlarından biri ilə yollarını ayıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tribal Football" yayıb.
Mənbənin məlumatına görə, Kataloniya klubunun rəhbərliyi Qavi və ya Pedrini satmaq variantını nəzərdən keçirməyə başlayıb. İspaniya nəhəngi bu yolla maddi durumunu yaxşılaşdırmaq istəyir. Klub adları çəkilən futbolçulardan birinin satılması ilə təxminən 100 milyon avro gəlir əldə etməyi düşünür.
Həm Qavinin, həm də Pedrinin "Barselona" ilə 2026-cı ilin yayına qədər müqavilələri var.
Mirağa