"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino ispan qapıçı Robert Sançesi müdafiə edib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano təcrübəli mütəxəssisin "Arsenal"la oyundan sonra dediklərini belə çatdırıb:
“Robert çox rahatdır, çox sakitdir. Biz ona kömək edirik. Futbol səhvlərdən ibarətdir. Nəticələrə görə bütün komanda cavabdehdir, bir oyunçu yox. Nəticəyə görə ilk növbədə məşqçilər korpusu məsuliyyət daşıyır. Ona görə də kimisə günahlandırmaq istəyirsinizsə, bizi, məni günahlandırın, amma Sançesi yox”.
Qeyd edək ki, “Arsenal”la qarşılaşma (2:2) 25 yaşlı ispaniyalı üçün əsl kabus olub. Bütün oyun ərzində o, cəmi 1 seyv edib. İlk qolun vurulduğu anda qeyri-dəqiq ötürmə verib və daha sonra uzaqdan zərbəni dəf edə bilməyib. Azarkeşlər xal itkisinə görə məhz Sançesi günahlandırıblar.
Mirağa