"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının durumundan danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"İndi "Mançester Siti" layihəsi realdır. Biz yüksək səviyyədə mümükün qədər çox qalmaq istəyirik. Biz dayanmayacağıq. Ola bilsin ki, əvvəllər elitada olmadığımız üçün bu, hamının xoşuna gəlmir. Amma gələcəkdə də yerimizi qorumağa köklənmişik".
Xatırladaq ki, Qvardiolanın komandası bu gün əzəli rəqibi "Mançester Yunayted"lə qarşılaşacaq. İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 19:30-da start götürəcək.
Nihat