London “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger “Mançester Yunayted”in Premyer Liqanın son turunda “Mançester Siti”yə son böyük hesablı məğlubiyyətdən danışıb.
Fanat.Az xəbər verir ki, fransız mütəxəssis "Sportskeeda"ya açıqlamasında “qırmızı şeytanlar”ın 0:3 hesablı darmadağını haqda bunları deyib.
“Qanunauyğun məğlubiyyət oldu. Dəqiqələr irəlilədikcə rəqiblər arasındakı fərq getdikcə böyüyürdü. “Mançester Yunayted” kimi böyük klubun bu qədər ümidsiz oynaması ayıbdır. Onların necə inkişaf edə biləcəyini görmürəm. Komandada indi heç bir inam və ruh yoxdur”.
Qeyd edək ki, "Mançester Yunayted" on turdan sonra cəmi 15 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində səkkizinci yerdədir.
Mirağa