Almaniyanın "Maynts" klubu iki həftə əvvəl sosial şəbəkələrdə Fələstinə dəstək mesajlarına görə cəzalanan Mərakeş əsilli niderlandlı yarımmüdafiəçi Ənvər Əl-Qazini bağışlayıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə açıqlama yayıb.
Beləliklə, 28 yaşlı futbolçu məşq və matçlara buraxıb .
Əl-Qazi klub rəhbərliyi ilə çoxsaylı söhbətlərində HƏMAS qruplaşmasının həyata keçirdiyi terror aktlarını pisləyərək, münaqişə qurbanlarına başsağlığı verib, mesajını silib. Futbolçu həmçinin İsrailin mövcudluq hüququnu şübhə altına almadığını vurğulayıb.
Bununla belə, Ənvər Əl-Qazi klubdan rəsmi xəbərdarlıq alıb.
Mirağa