Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etməyəcək.
Fanat.Az xəbər verir ki, Avstraliya Futbol Federasiyası bütün amilləri ölçüb-biçdikdən sonra belə bir qərar qəbul edib.
Bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Bu gün 2034-cü il dünya çempionatına ev sahibliyi etməyə marağı təsdiqləmək üçün son tarixdir və beləliklə, turnirə ev sahibliyi etməyə yeganə namizəd Səudiyyə Ərəbistanıdır.
Avstraliya 2026-cı ildə keçiriləcək qadınlar arasında Asiya Kubokuna və 2029-cu ildə Klublararası Dünya Çempionatına ev sahibliyi etməyi nəzərdən keçirəcək.
Mirağa