"Real" ulduz futbolçusu Vinisius Juniorla müqaviləsinin müddətini artırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müddəti 2027-ci ilədək olan yeni müqavilə imzalayıblar. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
Vinisius 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya “Real”a transfer olunub. Bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 10 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.