Avropada mövsümün ən yaxşı bombardirlərinin siyahısı dəyişib.
Fanat.Az xəbər verir ki, builki "Qızıl buts" reytinqində lider "Monpelye"nin nigeriyalı gənc hücumçusu Akor Adamsdır (36,5 xal).
23 yaşlı forvard yayda ayrıldığı "Lilleström"ün heyətində 15 (əmsal 1,5 = 22,5 xal), hazırda çıxış etdiyi Fransanın "Monpelye" klubunda isə daha 7 qol vurub (2 = 14 xal).
İkinci yerdə "Budyö Qlimt"in heyətində 23 qol vuran (bu ona 34,5 xal verir) hücumçusu Amal Pelleqrinodur. Bununla belə, Norveç çempionatı finiş xəttinə yaxındır (4 tur qalır).
Keçən mövsüm "Qızıl buts"un qalibi olan norveçli forvard Erlinq Holand isə Premyer Liqada "Mançester Siti"nin heyətində 11 qol vurub və reytinqə görə 22 xal toplayıb (siyahıda 6-8-ci yerləri bölüşür).
Ciddi rəqiblər arasında o, "Ştutqart"ın qvineyalısı Sera Qirassi (14 qol, 28 xal, 3-cü yer) və “Bayern Münhen”in ingilis ulduzu Harri Keyni (12 qol, 24 xal, 4-cü yer) qabaqlayır .
“Qızıl buts” mükafatı ölkə çempionatlarının nəticələrinə əsasən mövsümün ən yaxşı bombardirinə verilir. Yarış qaydalarına əsasən, Avropanın ən yaxşı 5 liqasında (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) vurulan qollar 2,0-a vurulur. UEFA reytinqində 6-21-ci yerləri tutan aşağıdakı ölkələr üçün (Niderland, Portuqaliya, Belçika, Ukrayna və s.) 1,5 əmsalı müəyyən edilib. Qalan liqalarda (22-ci yerdə olan ölkədən başlayaraq) isə vurulan qollar nominal qiymətlə hesablanır.
Mirağa