Fransalı müdafiəçi Mamadu Saxo baş məşqçisi Mişel der Zakaryanla münaqişədən sonra "Montpelye"ni tərk edib.
Fanat.Az xəbər verir ki, Fransa millisinin sabiq futbolçusu klubla müqaviləni pozduğunu özü də təsdiqləyib.
Qeyd edək ki, məşqdə komanda yoldaşına qarşı kobud oynayan və buna görə məşqçinin ona ciddi irad bildirməsi tərəflər arasında münaqişəyə səbəb olub.
Mamadu Saxo bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Sizə hörmət edilmirsə, artıq masanı tərk etməlisiniz. Ötən həftə baş verən insidentdən sonra “Monpelye” ilə əməkdaşlığımı dayandırmaq qərarına gəldim”.
Saxo bu mövsüm komandasının heyətində cəmi bir oyun keçirib. Ümumilikdə, 2021-ci ildən Mamadu bütün yarışlarda 49 matçda iştirak edərək bir qol vurub.
Mirağa