İspaniya nəhəngi "Barselona" Meksikanın "Amerika" komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az AS-a istinadən xəbər verir ki, Mexiko şəhəri təmsilçisi ilə matç dekabrın 21-də ABŞ-ın Texas ştatının Dallas şəhərində, La Liqada "Almeriya" ilə ev oyunundan iki gün sonra keçiriləcək.
Kataloniyalılar çempionat oyunundan dərhal sonra ABŞ-a çarter reysi ilə yola düşəcək. “Amerika” ilə qarşılaşmanın keçirilməsində əsas məqsəd “Barselona”ya əlavə gəlir gətirmək və klubun maliyyə vəziyyətini düzəltməkdir.
"Amerika" Meksikanın ən uğurlu klublarından biridir. Paytaxt komandası 13 dəfə Meksika çempionu olub, 6 dəfə Meksika kubokunu və Çempionlar Çempionu titulunu (Super Kubokun Meksika ekvivalenti) qazanıb. Paytaxt klubu həm də KONKAKAF Çempionlar Liqasının yeddiqat qalibi olub ki, bu, turnirin rekordudur.
Mirağa