Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Roberto Mançini 2034-cü ildə bu ölkədə keçiriləcək dünya çempionatının Yaxın Şərqdə təşkili barədə danışıb.
Fanat.Az xəbər verir ki, "ITASportPress" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
"Bu, hər kəs üçün əla fürsət olacaq. Söhbət futbol dünyasında, demək olar ki, ağlasığmaz, tarixi hadisədən gedir. Təbii ki, bu on il ərzində Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək üçün hər şeyi fantastik şəkildə təşkil edir. Bu ölkədə bütün resurslar var".
Qeyd edək ki, Roberto Mançini İtaliya millisi ilə AÇ-2020-nin qalibi olub, ancaq komanda ilə DÇ-2022-yə adlaya bilməyib.
Mirağa