"Əl-Hilal"ın və Braziliya millisinin ulduzu Neymar əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, "sambaçı" əməliyyatdan sonrakı fotosunu sosial şəbəkə hesabında paylaşaraq belə yazıb:
"Hər şey alındı. Bütün dəstək mesajlarına görə təşəkkür edirəm. İndi bərpaya köklənəcəm".
Xatırladaq ki, Neymar oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub.