"Mançester Yunayted" niderlandlı baş məşqçi Erik ten Haqla yolları ayırsa, ona böyük məbləğdə təzminat ödəməli olacaq.
Fanat.Az "Futbol Insider"-ə istinadən xəbər verir ki, 15 milyon funt-sterlinqdən çox pul ödəyəcək.
Mütəxəssisin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun şərtlərinə görə, Erik ildə təxminən 9 milyon funt sterlinq qazanır. İşdən çıxarılacağı təqdirdə “şeytanlar” müqavilə şərtlərinə görə ona almalı olduğu bütün maaşı verməyə borcludurlar. Klub həmçinin, Haaqın bütün məşqçilər heyətinə - on nəfərə təzminat ödəməli olacaq.
“Mançester Yunayted” bu mövsüm keçirdiyi 15 oyunun 8-də məğlub olub. Bu, klub tarixində mövsümün ən pis startlarından biridir.
Mirağa