"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne mövsümün startında aldığı zədədən sonra vəziyyətinin nə yerdə olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" belçikalı pleymeykerin dediklərini belə çatdırıb:
"Artıq üç aydır ki, zədəliyəm, amma hər şey qaydasındadır – müalicə planauyğun gedir. Ancaq mənə nə vaxt oynaya biləcəyimi deməyiblər. Buna görə də yaşıl meydanlara dönəcəyim tarixi dəqiq bilmirəm. Ümid edirəm ki, qayıdandan sonra hər şey düzələcək. Bu zədə həm həddən artıq yüklənmə, həm də başqa zədələrim zamanı matçlarda iştirak etməyimlə bağlı idi".
Xatırladaq ki, Kevin İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində keçirilən görüşdə - “Börnli” ilə matçda (3:0) zədələnmişdi.
Nihat