Rusiya millisinin külli miqdarda narkotiklə saxlanılan sabiq futbolçusu Aleksey Buqayev ilin sonunadək həbs edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Krasnodar vilayətinin birləşmiş məhkəmələrinin mətbuat xidməti yayıb.
Buqayevin 484,8 qram metilefedronla yaxalandığı və dekabrın 31-nə qədər təcridxanada qalacağı vurğulanıb. Bu müddət ərzində araşdırmaların davam etdiriləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, noyabrın 1-də 42 yaşlı Alekseyin Krasnodarda saxlanıldığı və üzərində 495 qrama yaxın metilefedron aşkarlandığı barədə məlumatlar yayılıb.
Nihat