Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Alanya təmsilçisini Fatih Təkkə çalışdıracaq.
O, bu postda Ömər Ərdoğanı əvəzləyib.
10 tura 10 xal toplayan "Alanyaspor" Super Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Təkkə son olaraq 2022/2023 mövsümündə "İstanbulspor"un baş məşqçisi olub. Sözügedən mütəxəssis 1997-2008-ci illər aralığında Türkiyə millisində 25 oyuna çıxıb.