İngiltərə Premyer Liqasında tarixi ilk yaşanacaq.
Fanat.Az xəbər verir ki, ilk dəfə elita matçında qadın hakim iş başında olacaq.
Rebekka Uelç XI turda reallaşacaq “Fulhem” – “Mançester Yunayted” görüşünə təyinat alıb. 39 yaşlı FIFA referisi bu qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək..
Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.