Almaniyanın "Maynts 05" klubunun hücumçusu Karim Onisivo Avstriya millisindəki karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı forvard bu barədə "Instagram" hesabında paylaşım edib:
Bütün diqqətmi ailəmə və klubuma yönəltmək qərarına gəldim. Millinin oyunlarını azarkeş kimi izləməyə davam edəcəyəm. Yığmanın Avropa çempionatında uğurlu çıxışla diqqət çəkəcəyinə ümid edirəm".
Qeyd edək ki, Onisivo 2015-ci ildən milliyə çağırırdı.