"Liverpul" yarımmüdafiəçisi Tyaqo Alkantara ilə yolları ayırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, "qırmızılar" ispaniyalı oyunçunun tez-tez zədələnməsindən narazıdır və onun müddəti cari mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək. Mənbə Alkantaranın yetirməsi olduğu "Barselona"ya qayıtmaq ehtimalını da diqqətə çatdırıb.
Qeyd edək ki, 32 yaşlı Tyaqo 2020-ci ildən "Liverpul"dadır. O, carı mövsüm mersisaydlıların forması ilə meydana çıxmayıb.
Nihat