Kiyev "Dinamo"sunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi komandanın sabiq qapıçısı və məşqçisi Aleksandr Şovkovskiyə tapşırılıb.
48 yaşlı Şovkovski dünən istefa verərək məşqçilik karyerasını bitirən Mirça Luçeskunun vəzifəsini müvəqqəti icra edəcək.
Hazırda 16 xalı olan "Dinamo" Ukrayna çempionatının turnir cədvəlində 7-ci pillədəd mövqe tutub.