“Milan”ın uğursuzluq seriyası şənbə günü “Udineze” ilə oyunda da davam edib.
Fanat.Az xəbər verir ki, Stefano Piolinin komandası gözlənilmədən autsayderlərdən birinə uduzub (0:1).
"Opta"nın məlumatına görə, “rossoneri” 2012-ci ilin sentyabrından bəri ilk dəfə A Seriyasında ardıcıl iki ev oyununda qol vurmadan məğlub olur. Həmin vaxt komandaya Massimiliano Alleqri rəhbərlik edirdi.
Xatırladaq ki, oktyabrın 22-də “Milan” doğma meydanda “Yuventus”a eyni minimal hesabla uduzmuşdu.
“Qırmızı-qaralar” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "İnter"dən altı xal geri qalır.
Mirağa