"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappenin transferi ilə bağlı fəaliyyətini yenidən canlandırıb.
Fanat.Az xəbər verir ki, "kral klubu"nun rəhbərliyinin fransalı ulduzla danışıq aparmaması ilə bağlı rəsmi açıqlaması isə prosesi gizli saxlamağa xidmət edir.
Tanınmış insayder Fabritsio Romano belə iddia səsləndirib. O bildirib ki, ispanlar bunu 24 yaşlı futbolçunun hazırkı klubu ilə münaqişə yaşamaması üçün ediblər. Başqa sözlə, Kilian gələn il "Real"ın əsas transfer hədəfi olaraq qalır.
Mbappe 2018-ci ildən PSJ-nin oyunçusudur. Forvardla Liqa 1 çempionu arasında hazırki müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.
Bu mövsümdə o, 13 oyun keçirib, 12 qol vurub və məhsuldar ötürmə edib.
Mirağa