"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino 2014-2019-cu illərdə çalışdığı "Tottenhem"ə mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "The Telegraph" argentinalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Ümid edirəm ki, ölənə qədər, yəni 20 və ya 25 il "Çelsi"də qala bilərəm. Amma futbolda əvvəlcədən təxmin etmək olmur. "Tottenhem" bir gün mənə iş təklif edərsə və həmin vaxt işsiz olaramsa, niyə də qəbul etməyim? Həyat belədir, sabah nə olacağını heç vaxt bilmirsən. Bu günlə yaşamaq lazımdır. İndi - 51 yaşım olanda, bu barədə daha çox düşünürəm. İrəliyə çox boylanmıram".
Qeyd edək ki ki, bu gün, noyabrın 6-da “Çelsi” və “Tottenhem” komandaları İngiltərə Premyer Liqasının 11-ci turunun oyununda üz-üzə gələcəklər.
Mirağa