“Arsenal”, “Mançester Siti” və “Olimpik Marsel”in sabiq yarımmüdafiəçisi Samir Nəsri hesab edir ki, Kilian Mbappe “Real”a getməməlidir.
Fanat.Az xəbər verir ki, “Le Figaro” Nəsrinin sözlərini belə çatdırıb:
“O getsə, PSJ-nin heyəti zəifləyəcək. Amma klubun büdcəsini nəzərə alsaq, parislilər başqa futbolçuları da dəvət edə bilərlər. Amma onlar Mbappe olmayacaqlar, burası bəllidir. Bu gün Kilian klub və milli komanda üçün çox vacib fiqurdur. İki il əvvəl dedim ki, mən onu dünyanın ən yaxşı oyunçusu hesab edirəm. Hələ də belə düşünürəm. Parisdəndir. Mən onun yerində olsaydım, "Real"ın 50-ci Çempionlar Liqasını qazanmasına kömək etmək üçün Madridə getmək əvəzinə PSJ-də qalardim. Mən orada oynayanda "Marsel" Qətərə məxsus olsaydı, heç vaxt ayrılmazdım. İnanıram ki, öz kəndinizin kralı olmaq daha yaxşıdır”.
Bu mövsüm 24 yaşlı Mbappe Fransa çempionatında 10 oyun keçirib. Ulduz forvard bu qarşılaşmalarda 10 qol vurub və bir məhsuldar ötürmə edib.
Nihat