İngiltərə millisinin keçmiş futbolçusu, hazırda karyerasını futbol eksperti kimi davam etdirən Ceymi Karrager “Liverpul”un bu mövsüm Premyer Liqada çempionluq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Mirror" "Liverpul"un keçmiş müdafiəçisinin dediklərini belə çatdırıb:
“Hazırda “Liverpul” ötən mövsümlə müqayisədə ən yaxşı yarımmüdafiəyə sahibdir. Amma komandada hələ də qızıl uğrunda mübarizə aparacaq güclü müdafiəçi yarımmüdafiəçi çatışmır. Makalister müdafiə oyunçusu deyil, Aleksis boşluqlar verir. Düşünürəm ki, klub yanvarda bu mövqeyi gücləndirmək üzərində işləməlidir”.
İngiltərə çempionatının 11 turundan sonra Yürgen Kloppun komandası turnir cədvəlində üçüncü yeri tutur.
Mirağa